Qız istəməyə gedən ata oğlanı orada qoyub, gəlinini aparmaq istədi - VİDEO

İstanbulda maraqlı "qız istəmə" mərasimi sosial şəbəkələrdə gündəm olub.

Güney Koreyadan qız istəməyə gələn ailənin samimi davranışları və zarafatları mərasim iştirakçılarının gülüşünə səbəb olub.

Türk adət-ənənələrinə uyğun keçirilən mərasimdə damadın atası söz alaraq zarafatla belə deyib:

"Oğlan sizdə qalsın, qızı biz aparaq".

Bu gözlənilməz çıxış zalda böyük alqış və gülüşlə qarşılanıb. Qonaqlar Koreyalı ailənin həm səmimiyyətini, həm də yumor hissini təqdir ediblər./Milli.Az 

29.04.2025 15:10
1263