“QIŞQIRMAYACAQSIZSA, BURA GƏLİN!” – Prezidentdən ŞOK TƏKLİF, masada NƏLƏR OLACAQ?

Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında danışıqları təşkil etməyə hazır olduğunu bəyan edib.
Publika.az bu haqda məlumatı BelTA xəbər agentliyinə istinadən verir.

“İndi Zelenski nə olursa olsun, onu əyməyə ehtiyac yoxdur. Biz Zelenskini inandırıb razılığa gəlməliyik, çünki Zelenskinin arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. Ona görə də biz razılığa gəlməliyik.

İstəyirsən gəl. Burada, yaxınlıqda - Belarus sərhədindən Kiyevə qədər 200 km-dir. Təyyarə ilə yarım saat. Gəl burada oturaq. Sakitcə, hay-küysüz, qışqırmadan razılığa gələk. Ona görə də Trampa deyin: mən onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Razılığa gəlmək istəyirsinizsə, sakitcə oturub razılaşaq”, - deyə Lukaşenko amerikalı blogger Mario Naufala müsahibəsində deyib.
Belarus prezidenti hesab edir ki, Tramp sələfi Co Baydendən daha müstəqil prezidentdir.

“Və Bayden xarakterinə və fiziki vəziyyətinə görə, Tramp kimi müqavimət göstərə bilmədi. Bütün problem bundadır", - deyə Lukaşenko fikrini yekunlaşdırıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Odessada yaşayan ictimai fəal, diaspor nümayəndəsi Anar Natiqoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

05.03.2025 13:13
1740