“Qisas”ın nəticəsi: təxribatçılar silahı yerə qoydu

Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların və qanunsuz silahlı dəstələrin başçısı elan edən Araik Arutyunyanın qismən səfərbərlik barədə verdiyi “əmr”inin icrası dayandırılıb.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Bildirili ki, A.Arutyunyan səfərbərlik barədə imzaladığı “fərman”ın icrasını bu gün ləğv edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

10.08.2022 17:00
1757