“Qisas əməliyyatı”mız DAVAM EDƏCƏK? - məhv edilən erməni hərbçilərdən XƏBƏR VAR – detallar CANLIda

Ötən gün Ermənistan ordusunun Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərindən erməni snayperin əsgərimizi yaralamasına cavab olaraq Dövlət Sərhəd Xidməti bu gün qisas əməliyyatı keçirib.

Ermənistan Müdafiə Nazirliyi saat 9:30 radələrində artıq atəşin dayandığını açıqlayıb.

Qeyd edək ki, DSX-nin əməliyyatı nəticəsində əsgərimizi hədəf alan düşmən döyüş mövqeyi darmadağın edilib. Rəsmi məlumata görə, Ermənistan ordusunun iki əsgəri məhv edilib, yaralılar var.
Qeyri rəsmi məlumatda isə erməni ordusunun itkilərinin daha çox olduğu bildirilir. Ermənistan Müdafiə Nazirliyi itkilər və yaralıların sağlamlıq vəziyyəti barədə ictimaiyyəti lazımı qaydada məlumatlandıracağını açıqlayıb.

Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozub təxribata cəhd edərkən məhv edilən iki erməni hərbçisi “Yerkrapa” könüllülər birliyinin üzvü olub.
Bu barədə “Armlur” nəşri məlumat yayıb.

Qeyd edək ki, “Yerkrapa” könüllülər birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən erməni hərbçilərini (terrorçuları - red.) birləşdirən ittifaqdır.
Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. Nəticədə iki erməni əsgər məhv edilib, yaralılar var.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız tanınmış jurnalist, siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

13.02.2024 11:33
1248