“Qısa geyinən görəndə deyirəm, ayıb olsun” - VİDEO

Aparıcı Lalə Əlimuxtarova fikirləri ilə diqqət çəkib.

Musavat.com olay-a istinadən xəbər verir ki, "Nigar xanım" verilişində qonaq olan Lalə qızlarına verdiyi tərbiyədən danışıb:

"Məsələn, televiziyada, yaxud da küçədə qısa geyinən görəndə, qızımın yanında qəsdən "ayıb olsun" deyirəm. İndi on yaşı var. Arada ona qısa nəsə alanda geyinmir. Mən abır-həyamı gözləyirəm. Toylar da idarə edirəm, ziyafət geyimi, dekolte geyinirəm, amma heç bir yerim açıq qalmamaq şərti ilə... İnsan birinci özü hörmət qoymalıdır".

23.07.2024 13:26
1382