Qırmızı Xaç Komitəsi Qarabağdan Ermənistana 9 “xəstə” apardı

Bu gün, sentyabrın 14-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və dəstəyi ilə Qarabağdan 9 “xəstə” onları müşayiət edən şəxslərlə birlikdə Ermənistan Respublikasının ixtisaslaşmış tibb mərkəzlərinə çatdırılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, 24 saat ərzində müalicə üçün Ermənistana göndərilmiş 1 xəstənin “Xaç Komitəsi”nin müşayiəti ilə geri qaytarılması planlaşdırılır.

Musavat.com

14.09.2023 14:04
377