Qırmızı Xaç Komitəsi İrəvandakı ofisinin zəbt edildiyini elan etməklə hədələdi - VİDEO

Beynəlxalq Qırmızı Xaç Komitəsi İrəvandakı ofisinin zəbt olunduğunu rəsmən elan etməklə hədələyib.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Belə ki, Qırmızı Xaç Komitəsinin İrəvandakı ofisinə bütün giriş və çıxışlar etirazçılar tərəfindən bağlanıb.

Qeyd olunur ki, nümayişçilər Helen Dadayanın cənazəsinin ailəsinin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə çatdırılmasını tələb edirlər.//Oxu.az

19.08.2023 01:14
981