“Qırmızı Xaç” daha 10 xəstəni Qarabağdan apardı  

Beynəlxalq Qırmızı Xaç Komitəsi sentyabrın 8-də Qarabağdan daha 10 xəstəni müalicə üçün Ermənistana aparıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, gün ərzində daha 3 xəstənin onları müşayiət edən şəxslərlə birlikdə Xankəndiyə qaytarılması planlaşdırılır.

P.S. Ermənilər Azərbaycan sərhədindən sərbəst şəkildə hər iki tərəfə keçirlər. Amma “blokada” saxtakarlıqları bitmək bilmir.

Musavat.com

08.09.2023 14:36
365