“Qırmızı Körpü”də neçə maşın gözləyir?

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 230 avtomobil gözləyir.

Bu barədə Musavat.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 0, “Biləsuvar” gömrük postunda 35, “Mazımqara” gömrük postunda 44, “Samur” gömrük postunda 20 və “Xanoba” gömrük postunda 6 yük maşını var.

29.12.2023 20:51
577