Qırmızı dənizdə Yəmən döyüşçülərinin PUA-sı vuruldu

Böyük Britaniya Qırmızı dənizdə husilərin PUA-sını vurub.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “Diamond” esminesi Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı tərəfindən Qırmızı dənizdə buraxılan pilotsuz uçuş aparatını (PUA) vurub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

“Bu hücumlar tamamilə qəbuledilməzdir. Bizim məsuliyyətimiz Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini qorumaqdır”, - məlumatda deyilir.

28.01.2024 22:09
356