Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev həbsdən azad edilib

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev həbsdən azad edilib.

Azpost.info xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.

“İndi biz evə gedirik”, – agentliyə danışan mənbə deyib.

Daha əvvəl Qırğızıstanın Ali Məhkəməsi onun barəsində olan hökmü ləğv edərək cinayət işini yeni məhkəmə baxışına göndərmişdi.

Bişkekin Pervomayski Rayon Məhkəməsi də müalicəyə ehtiyacı olduğu üçün Atambayevin ölkəni tərk etməsinə icazə verib.

Xatırladaq ki, 2020-ci il iyunun 23-də Pervomayski Rayon Məhkəməsi Atambayevi kriminal avtoritet Əziz Batukaevin qanunsuz azadlığa buraxılması (2013-cü ildə) işi üzrə 11 il 2 ay müddətinə (əmlakı müsadirə olunmaqla) azadlıqdan məhrum etmişdi.

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib.

14.02.2023 14:25
641