Qırğızıstanda boşanmış qadınların sosial şəbəkələrdə əri və onun valideynləri haqqında pis fikir bildirməsinə qadağa qoyulması təklif edilib.
Musavat.com 24.kg-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sədri Akılbek Japarov müavini Edil Baysalova sosial şəbəkələrdə çıxan yazıların monitorinqinə başlamağı tapşırıb.
“Biz adət-ənənələrimizə zidd olan məlumatların yayılmasını məhdudlaşdırmalıyıq. Bəzi qadınlar öz atalarını tərifləyirlər, eyni zamanda qayınanalarını, qayınatalarını ləkələyirlər. Boşananda isə sosial şəbəkələrdə pis fikirlər yazırlar. Onlar nümunə deyillər”, - deyə Nazirlər Kabinetinin sədri bildirib.
Qeyd edək ki, Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonuna məişət zorakılığı qurbanlarının sayı 13 min 104 nəfər olub. Onların 95 faizini qadınlar təşkil edir.
Musavat.com