Qırğızıstan sərhədini qanunsuz keçən iki qazaxıstanlı saxlanılıb.
Musavat.com 24 kq saytına istinadla xəbər verir ki, saxlanılanlardan biri axtarışa verilib.
“2024-cü il oktyabrın 16-da Daxili İşlər Nazirliyinin Qızıl-Kiya şəhəri üzrə Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı iki şübhəlini - T.K. və Z.K. ad-soyadlı şəxsləri saxlaylb”, - Qırğızıstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Saxlanılan şəxslər 2024-cü il oktyabrın 6-dan 7-nə keçən gecə Qazaxıstanın Cambıl vilayətinin Taraz şəhərindən sərhədi qanunsuz keçərək Qırğızıstanın Talas rayonuna keçiblər.
“Həmin vətəndaşların Qazaxıstan Respublikasının vətəndaşları olduğu, onlardan birinin quldurluq etdiyinə görə öz ölkəsində cinayət məsuliyyətinə cəlb olunduğu, cinayət məsuliyyətindən yayınmaq üçün Qırğızıstan Respublikası ilə sərhədi qanunsuz keçərək istintaqdan gizləndiyi müəyyən edilib. ”, - departament əlavə edib.
Saxlanılan vətəndaşlar Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşlarına təhvil verilib.
Musavat.com