Qırğızıstan prezidentindən Putinə “kral hədiyyəsi” - telekameralara çəkmək yasaqlandı

Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Bişkekdə Qırğızıstan prezidenti Sadır Japarovla görüşüb, onunla Kant aviabazasının 20 illiyini qeyd edib. Musavat.com Rusiya mediasına istinadən yazır ki, Putinə Qırğızıstan prezidenti “kral hədiyyəsi” verib, amma bununla bağlı heç bir çəkilişə icazə verilməyib. Bəs, o nə hədiyyədir? 

Qeyd edək ki,  Sadır Japarov və  Vladimir Putin əvvəl “Ata-Beyit” tarixi-memorial kompleksini ziyarət edib. Rəsmi olaraq onun 1916-cı il hadisələri zamanı, imperiyanın öz ordusuna cəlb etmək cəhdi zamanı həlak olan əcnəbilərə həsr olunduğu deyilirdi, amma əslində kompleks 1937-1940-cı illər Stalin repressiyaları qurbanlarının xatirəsini əbədiləşdirir. Sonuncu dəfə 2016-cı ildə Vladimir Putin Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevlə buranı ziyarət edib.  Sonra Vladimir Putin repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.

Görüşdə iştirak edən jurnalistlər yazır ki,  prezidentlərin danışıqları, müqavilələrin imzalanması və mətbuata açıqlamalar o qədər də çox zaman aparmayıb. Sonra Rusiya prezidenti Japarovun yaxasına  “Şərəf” ordenini şəxsən taxıb. Qırğızıstan prezidenti   təltifin onun üçün sürpriz olduğunu etiraf edib.

putin kir 1.JPG (36 KB)

Qırğızıstanın Kant şəhərində Rusiya hərbi aviabazasının yaradılması Moskva ilə Bişkek arasında müdafiə və regional təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mühüm mərhələyə çevrilib.Bu barədə Rusiya prezidenti Vladimir Putin aviabazanın 20 illiyinə həsr olunmuş mərasimdə deyib.

 “Rusiyanın Kant aviabazası Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə kömək edir”. Bunu Putin çıxışında deyib. "Bu, terrorizm, ekstremizm, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq kimi kəskin çağırışlara və təhdidlərə qarşı mübarizə aparmağa kömək edir", - deyə Putin bildirib.

Prezidentin sözlərinə görə, bu forpost respublikanın müdafiəsinin gücləndirilməsinə, bütün Mərkəzi Asiyada təhlükəsizliyin və sabitliyin təmin olunmasına böyük töhfə verir.

putin kir.JPG (54 KB)

Mərasimdə Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov bildirib ki, Kantda 11 təyyarə bölməsi və 6 döyüş kateri yerləşir.

Əsl sürpriz  Rusiyanın Kant aviabazasının 20-ci ildönümü ilə bağlı mərasimindən sonra olub.

Belə ki, Vladimir Putini iqamətgahın ərazisində qurulan qırğız yurduna dəvət ediblər. Putinə də kral hədiyyəsi burada təqdim olunub. Jurnalistlərin və kameraların buraxılmadı bu məkanda iki at otlayırmış. Qırğız prezidenti hər iki atı Vladimir Putinə hədiyyə edib. Sonra Rusiya prezidenti atları yedizdirməyə başlayıb.

Orxan ƏLİYEV,
Musavat.com

 

13.10.2023 13:52
2172