Qırğızıstan öz vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edir

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarınaa müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Rusiya Federasiyasına səfər etmək üçün əsaslı səbəbləri olmayan Qırğızıstan vətəndaşlarına tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər müvəqqəti olaraq səfərdən çəkinmək tövsiyə edilir”, - məlumatda bildirilib.

05.09.2024 10:38
207