Qırğızıstan 2030-cu ilədək ən yaxşı 30 ölkədən biri olmağa ümid edir

Qırğızıstan hakimiyyəti yaxın 6 ildə respublikanın dünyanın 30 ən yaxşı ölkəsi siyahısına daxil ediləcəyini gözləyir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident Sadır Japarov bunu Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə deyib.

“Prezident Qırğızıstanın insan mərkəzli siyasətlərə diqqət yetirərək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) sadiqliyini bir daha təsdiqləyib. O, ölkənin daha da inkişafına və 2030-cu ilə qədər dünyanın ən yaxşı 30 ölkəsindən birinə çevrilmək kimi iddialı məqsədə nail olmağa yönəlmiş DİM-in ikinci könüllü milli icmalının başlandığını elan edib”, - deyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. məlumat verib.

Qeyd edək ki, Qırğızıstan təbii resurslar baxımından postsovet məkanının ən kasıb ölkələrindən biridir. Bununla belə, ölkənin yeni rəhbərliyi ölkəni vəziyyətdən çıxarmaq üçün davamlı islahatlar həyata keçirir.

Musavat.com

23.09.2024 14:52
213