QHT və vətəndaş cəmiyyətinin nümayəndələri seçki prosesini izləyir

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə prosesi davam edir.

Seçki prosesini izləmək üçün ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib.

Onların arasında rekord sayda qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunur.

Məlumata görə, bu gün seçki prosesini 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi izləyir, bu, əvvəlki seçkilərdəki təmsilçilikdən xeyli çoxdur.

Həmçinin, bir neçə QHT-nin koalisiyalarda birləşərək seçkiləri müşahidə etdiyi bildirilir. Bunlar “Mənim səsim Seçki Monitorinq Koalisiyası”, “Sivil Toplum Monitorinq Koalisiyası”, “Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası”dır.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir./Report

07.02.2024 17:34
445