“Qəzzaya zərbələrdən mülki əhali də əziyyət çəkir”- Netanyahu

“İsrail terrorçulara qanuni olaraq zərbələr endirdikdə, təəssüflər olsun ki, mülki əhali də əziyyət çəkir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə görüşünün yekunlarına dair danışarkən deyib.

“Bunun günahkarı HƏMAS-dır və mülki əhali arasında qurbanlara görə məsuliyyətə cəlb edilməlidir”, - deyə Netanyahu qeyd edib.

O, bununla belə vurğulayıb ki, İsrail Qəzza zolağında mülki əhali arasında itkiləri minimuma endirməyə çalışır və anklav sakinlərini yenidən daha təhlükəsiz bölgələrə köçməyə çağırıb.

18.10.2023 18:48
634