Dünya Bankı ötən ilin oktyabrından Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı 14-20 milyard dollar qiymətləndirib.
Bu barədə Dünya Bankının prezidenti Acay Banqa qeyd edib.
Onun sözlərinə görə, Dünya Bankının BMT və Avropa İttifaqı ilə birgə apardığı cari hesablamalara görə, hazırda Fələstində maddi ziyan 14-20 milyard dollara yaxındır.
“Bu müharibənin iqtisadi ziyanı əsasən onun nə qədər yayılacağından asılıdır. Əgər yayılmasa, bu, çox güman ki, qlobal iqtisadi sistemə daha az ziyan vuracaq, çünki Qəzza və Fələstin qlobal iqtisadiyyata nisbətən az töhfə verir. Bölgədə yayılsa, tamam başqa problem olacaq. Çünki o zaman dünya iqtisadiyyatına həm dollarla, həm də metallar, neft və sair baxımından daha çox töhfə verən yerlərə gedəcək”.//Report