Qəzza zolağında İsrailin bombardmanları nəticəsində dağılmış evlərin bərpası üçün ən azı 15 milyard dollar tələb olunacaq.
Musavat.com “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafa deyib.
Onun sözlərinə görə, oktyabrın 7-dən bəri Qəzzada təxminən 350 min yaşayış evi tamamilə və ya qismən dağılıb.
"Hələ infrastrukturdan, zədələnmiş xəstəxanalardan, kommunikasiyalardan danışmırıq", - o deyib.
Qeyd edək ki, döyüşlərin başlamasından bəri Qəzzada 25 minə yaxın insan həlak olub.
Musavat.com