Qəzzada ölənlərin sayı 21 min nəfəri keçib

İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 21 mini keçib, 55 mindən çox insan isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hazırda ölənlərin sayı 21 110 nəfərə çatıb, 55 243 nəfər yaralanıb.

Məlumata görə, son 24 saat ərzində 195 nəfər ölüb.

27.12.2023 18:11
347