Qəzzada BMT-nin avtomobili VURULDU

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) avtomobili Qəzzada hücuma məruz qalıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, UNICEF rəsmiləri bu barədə Təl-Əvivə məlumat verib.

“Aprelin 10-da Qəzzanın şimalına giriş üçün gözləyən UNICEF avtomobili atəşə tutulub”, - fondun ofisindən bildirilib.

İnsan tələfatı barədə məlumat verilməyib.

Musavat.com

11.04.2024 15:27
538