Qəzzada atəş nəticəsində 100-dən çox insan həlak olub

İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında məskunlaşan ərazilərə silsilə hücumlar həyata keçirib.

Bu barədə WAFA xəbər agentliyi məlumat yayıb. İlkin məlumata əsasən, 100-dən çox insan həlak olub.

Şahidlər hücumların Rafahın qərbindəki Tell-əs-Sultanda törədildiyini bildiriblər.

“Al Hadath” telekanalı isə qeyd edib ki, İsrailin Hərbi Dəniz Qüvvələri yanğınların baş verdiyi Qəzza dəniz limanını yenidən atəşə tutub.//Report

28.10.2023 04:14
27137