İsrailə Qəzza zolağında 60 günlük atəşkəsi və 10 girovun azad edilməsini nəzərdə tutan yeni sülh təklifi təqdim edilib.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb. Sənəd Donald Trampın xüsusi nümayəndəsi Brett Uitkoff tərəfindən hazırlanıb və İsrail tərəfinə təqdim olunub.
Məlumata görə, razılaşmaya əsasən, atəşkəs dövründə HƏMAS 10 israilli girovu azad etməyi öhdəsinə götürür. Eyni zamanda tərəflər arasında daha genişmiqyaslı humanitar razılaşmanın hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, bir qədər əvvəl HƏMAS bu təşəbbüsə razılıq verdiyini açıqlayıb. Hazırda İsrail tərəfi təklifi nəzərdən keçirir və cavab gözlənilir.
Musavat.com