Qəzaya uğrayan helikopterin texniki xüsusiyyətləri

Göyərtəsində İran prezidentinin olduğu helikopter "American Bell 412" olub.

Musavat.com helikopter haqqında məlumatları təqdim edir:

— kütləvi model, lakin dizaynında olduqca köhnədir;

- bu, Bell 205-in təkmilləşdirilmiş versiyasıdır və 205, öz növbəsində, Vyetnam Müharibəsindən olan utilitar ordu Bell UH-1 Iroquois helikopterinin dəyişdirilmiş mülki versiyasıdır;

— helikopterdə iki pilotla birlikdə səkkiz-doqquz nəfər ola bilər. Maksimal uçuş çəkisi 5 ton, uçuş hündürlüyü isə 5,3 min m-dir;

— mühərrik etibarlıdır: ona düzgün qulluq edilərsə, heç bir problem olmamalıdır;

— vaxtilə İranda 10-12 belə helikopter var idi.

İranın IRNA agentliyi və Bild-in analitiki Julian Röpke iddia edir ki, o, Bell 212 helikopteri olub, xüsusiyyətlərinə görə Bell 412-dən çox da fərqlənmir.

Musavat.com

19.05.2024 23:02
2489