Qəzada ölən Xizrinin 3 yaşlı oğlu ilə SON GÖRÜŞÜ - VİDEO

Təyyarə qəzasında həlak olan Zaqatala sakini Xizri Ceerovun azyaşlı oğlu ilə son görüşünün videosu yayılıb.

Videoda mərhum səfərə çıxmazdan öncə namaz qılır və 3 yaşlı oğlu Səid atasını qucaqlayaraq ondan qopmaq istəmir.

Təsirli görüntülər hər kəsi göz yaşına boğub.

Qeyd edək ki, qəzada həyatını itirən 1981-ci il təvəllüdlü Xizri Ceerovun 3 övladı qalıb. Onun böyük qızı, 2008-ci il təvəllüdlü Səlihət Ceerova da atası ilə bigə qəzaya düşüb. Ağır yaralanan 18 yaşlı Səlihət hazırda Bakıda müalicə alır. Yaxınları onun iki dəfə cərrahiyə əməliyyatı keçirdiyini bildirib. (Bakupost.az)

30.12.2024 08:00
602