Qəza bu yollarda sıxlıq yaradıb - FOTO

Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində (körpünün üstü) baş verib.

Bu səbəbdən qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.

17.08.2022 15:09
533