Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.

Bu barədə Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, noyabrın 21-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

21.11.2023 10:09
2835