Qeydiyyatdan keçə bilməyən taksi sürücülərini hansı güzəştlər gözləyir? - VİDEO

Bakıda taksilərin sayı iki dəfə azalıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, hazırda paytaxtda 35 000 taksi fəaliyyət göstərir.

Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücülərinin imtahan üçün qeydiyyatı başa çatıb.

Bu günədək taksi fəaliyyəti üçün 13 356 "Buraxılış kartı" alınıb. Ancaq hazırkı vəziyyətdən həm sürücülər, həm də sərnişinlər narazıdırlar.

"Şərtlər artıb, amma biz taksi sürücülərinin xeyrinə heç nə olmur. Kreditə girib bahalı maşınlar almışıq, çox zülm çəkirik, verə bilmirik. Bəziləri də heç maşın ala bilmir", - deyə sürücü narazılığını bildirib.

Bəs qeydiyyatdan keçə bilməyən sürücülər üçün hansısa güzəştlər tətbiq ediləcək?

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, gələcəkdə gündəlik plana və ya aylıq ödənişə uyğun olaraq sahibkarlar yeni avtomobillər gətirə bilərlər:

"Söhbət ondan gedir ki, on minlərlə sürücü olub, onlardan da cəmi 25 000-ə yaxını sertifikat alıb imtahandan keçib. Bəs yerdə qalan 45 000 sürücü hara gedib? Müraciət etmək istəmirlər, ya öz bilik bacarıqlarına güvənmirlər, ya da vaxtilə köhnə avtomobillə işləyib, düşünür ki, sertifikat əldə etsə də, təzə maşın alıb işləyə bilməyəcək".

Ətraflı Baku TV-nin süjetində:

23.08.2024 08:25
714