“Könül Ağayeva təhsil aldığı müddət ərazində dərslərdə müntəzəm iştirak edib”.
Bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru Xudayar Sultanlı deyib.
O bildirib ki, Könül fevral ayının 16-dan sonra universitetlə əlaqəni tamamilə kəsib:
“Tələbə Lənkəran Dövlət Universitetinə 2021-ci tədris ilində qəbul olub. İki kurs təhsil aldıqdan sonra ADPU-nun Cəlilabad filialında il yarım təhsilini davam etdirib. Universitetlə əlaqəni kəsdikdən sonra nənəsinin himayəsində yaşadığı üçün məlumat verdik. Məlum olub ki, Könül ailəsi ilə də əlaqəni kəsib. O, bu ilin martın 1-də hər hansısa bir telefonla nənəsinə zəng edib, lakin daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb”.
Qeyd edək ki, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, Cəlilabadda kollecdə təhsil alırmış. K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.
Ətraflı süjetdə: