Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu bildirilib.
Bu barədə Oxu.Az-a qətlə yetirilən Elmira Əhmədovanın bacısı Qənirə Əhmədova məlumat verib.
Direktorun bacısı Q.Əhmədova hadisə barədə danışıb:
“Oğlum zəng etdi və hadisəni dedi. İnanmadım. Qaça-qaça gəldim. Əhmədin psixi problemləri var idi. Amma ailəsi onu psixi sağlamlıq mərkəzinə qoymurdu. Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb. O da bacısının uşağı ilə birlikdə evə gəlib. Onları da baltalayıb. Hadisə olandan sonra qohumlar qızına zəng ediblər və telefonu açmayıb. Evin qapısın qırıblar və məlum olub ki, Elmira və beş yaşlı qızını da baltalayıb”.
@@TVmusavat/78695@@