Türkiyənin pop ulduzu Tarkan Tevetoğlunun cinayətə görə mühakimə olunan əmisi oğlu Sərvət Tevetoğlu ilə bağlı qərar verilib.
Bakırköy 6-cı Ağır Cəza Məhkəməsində keçirilən Sərvət Tevetoğlu, Akın Özagin, Arif Rasim Topçu, Nihat Budak və Murat Budakın "qəsdən adam öldürmə" cinayəti ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.
İddianamədə hadisə baş verən gün gecə saat 02:00 radələrində silahlı şəxslərin Yüksel Çelikə məxsus şirniyyat dükanına gedərək zərərçəkmiş Ercan Gönülkırmazın üstünə atəş açdıqları və bu şəxslərin yanar materialı hadisə yerinə tökərək yanğın çıxardıqları qeyd edilib.
Ercan Gönülkırmazın həyatını itirdiyi, yanğın nəticəsində iş yerinin yararsız hala düşdüyü, şübhəlilər Sərvət Tevetoğlu, Akın Özagin, Arif Rasim Topçu və Turqay Tokurun 2 avtomobillə hadisə yerindən qaçdığı bildirilir.
Sərvət Tevetoğlu, Akın Özagin, Arif Rasim Topçu, Murat Budak, Nihat Budak və Turqay Tokura "qəsdən adam öldürmə", "mala ziyan vurma", "sənədsiz silah gəzdirmək" maddələri ilə ağırlaşdırılmış ömürlük və 9 ilədək həbs cəzası istənilib.
Servet Tevetoğlu bu hadisəyə görə 2 il həbsdə qaldıqdan sonra 250 min lirə girov və məhkəmə nəzarəti şərtləri ilə sərbəst buraxılıb.
Lakin, Tevetoğlu girov pulunu ödəmədən həbsxanadan qaçmışdı. Daha sonra o, Ədirnədə tutulub.
Xatırladaq k, hadisə 17 yanvar 2017-ci ildə baş verib.//Baku.ws