Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 57 yaşlı Hacıyev Rasim Kərim oğlunu qətlə yetirməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Əliyev Faiq Rafiq oğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, adıçəkilən şəxs istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyitinin olması ilə bağlı polisə məlumat daxil olub.