Qətər Livan ordusuna yanacaq göndərdi

Livan Ordusu Qətərin təqdim etdiyi ikinci yardım paketi çərçivəsində ilk yanacaq partiyasını qəbul edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, məlumatı Livan Ordusunun mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunur ki, Livan ordusu Qətər və Qətər İnkişaf Fondundan ikinci yardım paketinin bir hissəsi olaraq ilk yanacaq partiyasını alıb.

Qeyd edək ki, oktyabrın 3-də Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani İsraillə münaqişənin kəskinləşməsi fonunda Livana təcili humanitar yardım göndərilməsi barədə göstəriş verib. Oktyabrın 8-də Qətər səlahiyyətliləri Livana zəruri ləvazimatları çatdırmaq üçün hava xətti açıblar.

Musavat.com

27.10.2024 22:41
356