Qətər HƏMAS-ı öklədən ÇIXARIR

Qətər hökuməti ABŞ-nin təyziqi ilə ABŞ və Avropa Birliyində terror təşkilatı kimi tanınan Fələstinin HƏMAS qruplaşmasının liderlərindən ölkəni tərk etməsini tələb edib.

“Financial Times”ın mənbələrinə istinadən yazdığı xəbərdə bildirilir ki, rəsmi Doha belə tələb səsləndirməsinə əsas səbəb kimi radikal qruplaşma liderlərinin israilli girovların azad edilməsini müzakirə etməkdən imtina etmələrini göstərib.

Qəzet xatırladır ki, HƏMAS-ın siyasi rəhbərliyinin üzvləri və ailələri 2012-ci ildən Dohada yaşayırlar. Bu ərazi həmçinin danışıqlar üçün münasib yer sayılıb. “Financial Times”ın situasiya ilə tanış mənbəsi xəbər verib ki, təşkilatın nümayəndələri Qətərdən Türkiyəyə köçə bilərlər.

“Exo Kavkaza” yazıb ki, ABŞ-ın qruplaşma liderlərinin ölkədən göndərilməsi tələbini Qətərin icra edəcəyi barədə məlumatı hələ may ayında İsrailin “The Times of İsrael” nəşri yayıb.

(AzadlıqRadiosu)

09.11.2024 18:21
497