Qətər Əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qətər Dövlətinin adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı, firavanlıq, ölkənizə və qardaş xalqınıza daha çox rifah və inkişaf, eləcə də ölkələrimiz arasında ikitərəfli əlaqələrin davamlı inkişafını diləyirəm".

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Zati-alinizə firavanlıq və xoşbəxtlik, qardaş ölkənizə isə davamlı sülh və sabitlik arzulayıram", - məktubda bildirilib.

08.04.2024 17:26
675