“Qəşəng qızdır, qaşı-gözü, geyimi, amma danışanda...” - Nadirdən ŞOK

Müğənni Nadir Qafarzadə ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində açıqlaması ilə diqqət çəkib.

Müğənni gənc ifaçıların intellektual səviyyəsini tənqid edib:

“Son zamanlar çox rast gəlinir, qəşəng qızdır. Boyu-buxunu, qaşı-gözü, geyimi gözəl, hər şey yerindədir. Amma ağzını açmasın. Ağzını açanda o gözəllik tamamilə batır. O zaman deyirəm ki, danışma, qoy sənə yalnız baxım”. (Teleqraf.com)

11.02.2024 00:51
855