Qərbin Ukraynaya yardımı ötən illə müqayisədə 87% azalıb.
Musavat.com xəbər verir ki, bununla bağlı Almaniyanın Kiel Dünya İqtisadiyyatı İnstitutu (IfW) araşdırma aparıb. Hesablamalara görə, 2023-cü ilin avqust-oktyabr aylarında Ukraynaya yardım 2022-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 90% azalıb.
Yardım 2,11 milyard avro təşkil edib ki, bu da 2022-ci ilin yanvarından bəri ən aşağı səviyyədir.
Qeyd olunur ki, izlənilən 42 yardım təminatçısından yalnız 20-si son üç ayda yeni paketlər təqdim edib.
Musavat.com