Qərbin Qafqazda qəribə oyunu – Hollandiya səfiri Arakelyan azərbaycanlı gəncləri “oynatmaq” istəyir - ARAŞDIRMA

Kollektiv Qərbin Gürcüstandakeçirilən seçkilərə bəzən birbaşa, bəzən də dolayısı ilə müdaxiləsi göz önündədir və bu, hazırda Tiflislə Brüssel arasında ixtilafa səbəb olub.

Avropanı aparıcı ölkələri Gürcüstanı öz təsir dairələrindən buraxmaq, ölkənin yenidən Rusiyanın səfinə qayıtmamasını təmin etmək istəyirlər, Gürcüstanı idarə edən qüvvələr, eləcə də xalqın böyük bir hissəsi isə bu tendensiyada ölkənin suverenliyinə təhdid və basqı görür, buna etiraz edirlər.

Musavat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Gürcüstanda qarşıdan gələn seçkilərə ciddi hazırlaşan Qərb ölkələrindən biri də Hollandiyadır. Bu hazırlıqlar çərçivəsində diqqət çəkən məqam Qərbin Gürcüstandakı azərbaycanlılarla, xüsusilə də gənclərlə apardığı xüsusi işdir. Hollandiya səfiri, erməni əsilli diplomat Meline Arakelyan fəaliyyətinin bir hissəsini bu istiqamətə yönəldib. Arakelyan yerli azərbaycanlılarla aktiv iş quraraq, onları müxtəlif yollarla hakimiyyətə qarşı yönəltməyə çalışır.

       Arakelyanın fəaliyyətinin əsas istiqamətləri

lU8_d8y8_400x400.jpg (19 KB)

Məlumatlara görə, səfirin Gürcüstan azərbaycanlıları ilə apardığı fəaliyyət aşağıdakı əsas istiqamətləri əhatə edir:

1. Azərbaycanlılara qrantların verilməsi: Arakelyan və onun komandasının bir hissəsi azərbaycanlı icmalarla sıx iş birliyi quraraq, onlara müxtəlif qrantlar və təlimlər təklif edir. Bu qrantlar vasitəsilə gəncləri sosial aktivizm və hökumətə qarşı narazılıq yaratmaq üçün hazırlamaq planlanır.

2. LGBT Təbliğatı: Qərbin Gürcüstandakı fəaliyyətində LGBT məsələləri üzərində xüsusi vurğu edilir. Belə təbliğatın gənclər arasında yayılmasının məqsədi, bu qrupun hüquqlarının müdafiəsini hakimiyyətlə toqquşmalar yaratmaq üçün bir vasitə kimi istifadə etməkdir.

3. Gənclərin xaricdə təlimlərə cəlb edilməsi: Arakelyan azərbaycanlı gəncləri Balkan ölkələrində təşkil olunan və dağıdıcı aksiyalara hazırlamaq məqsədi daşıyan təlimlərə cəlb edir. Bu təlimlərdə Qərb modelləri əsasında sosial dəyişikliklər və “rəngli inqilablar” üçün baza formalaşdırılır. Bu cür təlimlər haqda Musavat.com daha əvvəl də yazmışdı və Azərbaycanla bağlı bu kimi təxribat planlarının detalları açıqlanmışdı.

Gedişatın Azərbaycan-Gürcüstan münasibətlərinə təsiri

1666780416_5f869af1d6ca8.jpg (45 KB)

Gürcüstanda yaşayan azərbaycanlılar daim ölkənin hakimiyyətinə yaxın münasibət göstərib və “Gürcü arzusu” partiyasını dəstəkləyiblər. Gürcüstanın indiki rəhbərliyinin Azərbaycana qarşı dost siyasəti bu icma üçün əhəmiyyətlidir. Lakin Qərbin Gürcüstanda fəallaşması və azərbaycanlı gənclər arasında hökumət əleyhinə əhval-ruhiyyəni artırmağa çalışması ciddi narahatlıqlar yaradır. İndiyə qədərki bütün seçkilərdə azərbaycanlılar həmişə elə ehtiyatlı mövqe tutublar ki, qalib gələn qüvvələr sonradan Gürcüstan azərbaycanlıları ilə intirqaya girməsin, onların hüquqlarını məhdudlaşdırmağı düşünməsin, təqib və təzyiqə məruz qoymasın.

Bu dəfə isə azərbaycanlılar böyük ehtimalla qalib gələcəyi göslənilən “Gürcü arzusu” partiyasına qarşı qoyulur və bu özlüyündə perspektivdə xoşagəlməz nəticələr doğura, soydaşlarımızın müdafiəsində durmalı olan Azərbaycan dövlətinə də iş artıra bilər.

USAID-in fəaliyyətinin artması

d058959a-538b-3662-b296-e43f7baa.jpg (109 KB)

Son vaxtlar USAID də Gürcüstanda fəallığını artırıb, gənclər arasında hökumətə qarşı narazılığın artmasına xidmət edən müxtəlif layihələr həyata keçirib. Bu fəaliyyətlər çərçivəsində sosial və iqtisadi təzyiqlərin artırılması, gənclərin sosial şəbəkələr vasitəsilə hakimiyyətə qarşı yönəldilməsi planlanır.
Bu gedişatın Gürcüstan-Azərbaycan münasibətlərinə təsir

Gürcüstandakı soydaşlarımızın diqqətinə çatdırmaq istəyirik ki, Qərbin bu cür oyunlarına qoşulmamaq, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə biləcək fəaliyyətlərdə iştirak etməmək vacibdir. Gürcüstanın hazırkı rəhbərliyi ilə Azərbaycan arasında mövcud olan dostluq siyasətini qoruyub saxlamaq, regionda sabitliyin əsas açarıdır.

Qərbin müdaxilələri və Gürcüstandakı Azərbaycanlılara təsir etmək cəhdləri, həmçinin bu cür layihələrin arxasında dayanan məqsədlər ciddi bir təhlilə möhtacdır və bu mövzuların açıq şəkildə müzakirəsi vacibdir. Gürcüstanın sabitliyi və Azərbaycanla münasibətlərinin qorunması üçün bu cür təxribatlara qarşı ayıq-sayıq olmaq lazımdır.

Həm də unutmamalıyıq ki, ortada erməni barmağı da var. Hollandiyanı təmsil edən səfir Arakelyanın bu fəaliyyəti ilə Gürcüstan və Azərbaycanın arasını vurmaq niyyəti güddüyünü istisna etmək olmaz.

Musavat.com

14.10.2024 19:01
2149