“Baş verənlərdə Qərbi günahlandırmaq lazım deyil. Onlar regionumuzu və xüsusilə Ermənistanı Rusiya üçün əlavə problemlər yaratmaq, yeni cəbhə açmaq, Rusiyanın hərbi, iqtisadi və siyasi resurslarını problemin həllinə cəmləşdirməsini çətinləşdirəcək bir vəziyyət yaratmaq üçün variant kimi görürlər. Ukraynaya, bizə məhz bu kontekstdə baxırlar, lakin bu onların haqqıdır”.
Musavat.com xəbər verir ki, bu fikir erməni politoloq Beniamin Matevosyan tərəfindən səslənib.
“Hətta ABŞ-ın bir sıra nüfuzlu təşkilatları Ermənistanı KTMT-dən çıxmaqda tələsməməyə çağırırlar. Onlara görə, əksinə, təhlükəsizlik sistemini şaxələndirməyə çalışmaq lazımdır. Üstəlik, yayılan şayiələrə görə, hətta rəsmi Parisin nümayəndələri də Ermənistan hakimiyyətini Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirməyə yönəlmiş addımlar atmamağa çağırıblar. Çünki nə Avropa İttifaqı, nə də NATO-nun Ermənistanın ərazi dəyərini və suverenliyini təmin edəcək gücü var. Belə bir şəraitdə Ermənistanın Qərbdən Ukraynadan daha sərfəli bir şey ala biləcəyinə inanmaq, yumşaq desək, yanılmadan başqa bir şey deyil”, - deyə Matevosyan qeyd edib.
Musavat.com