Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçiliyinin tərkibi güclənir

Qərbi Azərbaycan İcmasının beynəlxalq səviyyədə təşkilatlanması prosesi davam edir.

Musavat.com xəbər verir ki, qardaş Türkiyədə icmanın Türkiyə təmsilçiliyinin tərkibi formalaşdırılır. 

Bu yaxınlarda Azərbaycan diasporunun tanınmış simalarından Türkiyədə Qərbi Azərbaycan İcmasının səlahiyyətlisi seçilən Dr. Asif Kurban icmanın təşkilatlanması istiqamətində fəaliyyətlərini gücləndirib.

KURBAN.jpeg (336 KB)

Artıq təmsilçiliyin tərkibində Türkiyənin tanınmış elm, yazar, iş adamları yer alıblar. Kastamonu Universitetinin sabiq rektoru Prof. Dr. Seyit Aydın Ankara, tanınmış araşdırmaçı-yazar Dilqəm Əhməd İstanbul, iş adamı Hamza Senger Qars, araşdırmaçı-jurnalist Serdar Ünsal İğdır, iş adamı Ayhan Candemir isə Balıkesir şəhərləri üzrə təmsilçilikdə təmsil olunacaqlar.

Dr. Asif Kurban qardaş ölkədə icmanın təmsilçiliyinin təşkilatlanmasında əsas məqsədinin Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, dəyərlərini və qayıdış prosesi haqqında qardaş ölkənin elm, mədəniyyət, siyasi dairələrə çatdırmaq olduğunu qeyd edib.

“Bizim əsas istəyimiz cənab Prezidentin dediyi kimi, öz dədə-baba torpaqlarımıza sülh yolu ilə qayıtmaqdır. Beynəlxalq müstəvidə buna nail olmaq üçün işləri gücləndirməliyik. Qardaş ölkənin media vasitəsilə təbliğatı gücləndirmək vacib amillərdəndir. Bu həm də məsələnin beynəlxalq aləmə çatdırılmasına böyük təsir göstərə bilər”, - deyə A.Kurban vurğulayıb.

Musavat.com

01.07.2024 17:24
1321