Qərbdəki yeganə Lenin muzeyi bağlandı

Finlandiyanın Tampere şəhərində Vladimir Leninlə İosif Stalinin ilk görüşünün keçirildiyi binada təşkil edilən Qərbdə yeganə Lenin Muzeyi noyabrın 3-də bağlanacaq.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Muzey 1905-ci ilin dekabrında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının birinci konfransının keçirildiyi, Stalinlə Leninin ilk dəfə görüşdüyü Fəhlə Evinin zalında yerləşirdi. O zaman Tampere şəhəri Tammerfors adlanırdı və Finlandiya Böyük Hersoqluğu Rusiya İmperiyasının tərkibində idi.
Lenin Muzeyinin yerində Finlandiya və Rusiya arasında münasibətlərin tarixi muzeyi yaratmağı planlaşdırırlar. Muzey Finlandiyanın müstəqilliyindən tutmuş Şimali Atlantika Alyansına daxil olmasına qədər iki dövlət arasında münasibətlərin tarixinə həsr olunacaq. Muzeyin 2025-ci il fevralın 15-də açılışı planlaşdırılır.

Musavat.com

03.11.2024 22:20
555