Qərb və Rusiyadan TƏCİLİ İran bəyanatı: Uçurumun kənarındayıq, İsrail CAVAB verəcək - CANLI

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İsrail və İran arasındakı münaqişədə gərginliyin azaldılmasına çağırış edib.

Bu barədə Ali Nümayəndə Cozep Borrell İspaniyanın "Onda Cero" radiosuna danışıb. "Biz uçurumun kənarındayıq, ondan uzaqlaşmalıyıq. Biz əyləcləri basıb geri dönməliyik.."

Borrell İranın misli görünməmiş hava hücumuna İsraildən cavab gözlədiyini, lakin bunun daha da gərginliyə səbəb olmayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, İsrailin sağçı hakim koalisiyasında şiddətli qisas almaq istəyən kəskin xətt tərəfdarları ilə "daha mötədil və həssas" fraksiya arasında dərin fikir ayrılığı var. "Bu fraksiya da qisas almağı müdafiə edir, lakin cavaba cavab verməkdən yayınan bir şəkildə", - Borrell deyib.
"İranın nüvə gücünə çevrilməməsi və Yaxın Şərqin sakitləşməsi hamının marağındadır", - Aİ-nin Ali Nümayəndəsi əlavə edib.

Rusiya İran və İsrail arasında münaqişənin kəskinləşməsindən narahatdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. Rusiya Yaxın Şərqdə baş verənlərdən çox narahatdır, münaqişənin daha da gərginləşməsi heç kimin maraqlarına uyğun gəlmir", - deyə Kreml rəsmisi jurnalistlərlə söhbətində bildirib. Peskov əlavə edib ki, Moskva münaqişənin yalnız siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır.
İranın İsrailə hücumu ikiqat uğursuzluq idi. Musavat.com xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib. “Bir çox cəhətdən bu hücum İran üçün məğlubiyyət idi və uğursuzluqla nəticələndi.

İranın hərəkətlərinin miqyası qəbuledilməzdir. İsrailin bu hücuma cavab haqqı var, lakin bu, emosiya ilə deyil, ağılla verilməli olan bir qərardır. İndi daha da gərginləşmə vaxtı deyil və İsrail diqqətini HƏMAS-a yönəltməlidir”, - o bildirib.

İran və İsrail bir-birinə daha bir zərbə endirə bilər, lakin bu, çətin ki, genişmiqyaslı müharibəyə səbəb olsun. Macarıstanlı hərbi ekspert Pyotr Dunai deyib. “Digər böyük oyunçular, o cümlədən Çin, Rusiya və AB də eskalasiyada maraqlı deyil. Hər kəs məhdud cavab zərbəsində maraqlıdır, bu qədər”, - o bildirib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla Yaxın Şərqi və Ukraynanı müzakirə edir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

15.04.2024 15:06
736