Qərbdə bəzi qonşu ölkələrlə sərhədlərin bağlanması Ukrayna büdcəsinin yalnız dekabrda 210,5 milyon dollardan çox itirib.
Musavat.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
"Gömrük:yenə də qonşularımızın sərhədləri bağlaması səbəbindən dekabr ayında itkilər təxminən 8 milyard qrivna (210,5 milyon dollardan çox) təşkil edir”, o Telegram kanalında yazıb.
Jeleznyak əlavə edib ki, dekabrda Ukraynaya beynəlxalq yardım 5 milyard dollar təşkil edib və ümumilikdə Ukrayna büdcəsinə əvvəlki ayla müqayisədə təxminən 350 milyard qrivna (təxminən 9,2 milyard dollar) daxil olub.
Noyabrın 6-da Polşa avtodaşıyıcıları Polşa-Ukrayna sərhədində sərhəd keçidlərini bağlamağa başlayıb. Onlar Avropa İttifaqının Ukraynadan olan həmkarlarına verdiyi güzəştlərin ləğvini, xüsusən də Ukraynanın kommersiya yük daşımaları üçün əvvəlki məcburi lisenziyalaşdırma prosedurunun bərpasını, həmçinin fevralın 24-dən sonra Ukrayna nəqliyyat şirkətlərinə verilmiş icazələrin ləğvini tələb edirlər.
Musavat.com