Qərb Rusiyanı VURMAQ üçün sənəd qəbul etdi, Ukrayna Kurskda İRƏLİLƏYİR - CANLI

Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə məhdudiyyətləri aradan qaldırmağa çağıran qətnamə qəbul edib. Mətni Avroparlamentin saytında yerləşdirilən sənədin lehinə 425, əleyhinə isə 131 deputat səs verib. 63 nəfər isə bitərəf qalıb. Qətnamədə deyilir ki, məhdudiyyətlər ləğv olunmadığı üçün Ukrayna indiki şəraitdə özünümüdafiə hüququnu tam şəkildə həyata keçirə bilmir.

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindəki platsdarmını genişləndirib və irəliləyir. ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Amerikalı analitiklər qeyd edir ki, geolokasiya görüntüləri Ukrayna qoşunlarının Korenevodan cənub-qərbdə yerləşən Krasnooktyabrskın şərqinə doğru irəlilədiyini göstərir. Eyni zamanda, Rusiya qoşunları da bölgədə kiçik irəliləyişlər edir. Bunlar Korenevodan cənub-şərqdə, eləcə də Obuxovkanın cənubunda iki meşəlik ərazi boyunca nəzərə çarpıb.

Bu arada Almaniyanın “Bild” nəşri yazıb ki, Kursk əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində mövqelərini yaxşılaşdırıb. Həmin istiqamətdəki ukraynalı komandirlərdən biri nəşrə deyib: “Kursk bölgəsində hücumumuz başlayandan bəri Rusiyanın buraya hücum cəhdlərinin sayı azalıb. Yalnız üç həftə əvvəl böyük bir hücum olub. Onların 11 tankı və zirehli transportyorlarından 10-unu dronların köməyi ilə məhv etdik. Yalnız biri qaça bildi”. Materialda deyilir ki, söhbət Rusiya Federasiyasının may ayından hücuma keçdiyi Volçansk istiqamətindən gedir. “Deep State”-in məlumatına görə isə Volçansk yaxınlığındakı cəbhə xətti dəyişməyib.

Eyni zamanda, məlum olub ki, Rusiya artıq Kursk vilayətində 37 min hərbçi toplayıb və oktyabrın ortalarına qədər Ukrayna qoşunlarını öz ərazisindən çıxarmaq istəyir. Ukrayna mediası iddia edirki, burada Rusiya qüvvələri ukraynalılardan dəfələrlə çoxdur və qoşunların nisbəti birin beşədir.

Rusiya ordusu Donetsk vilayətinin Georgiyevka kəndini ələ keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Fikrət Fəraməzoğlu ilə regiondakı hadisələri müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

19.09.2024 16:00
1005