Qərb raketlərlə təzyiqi artırır: Rusiyaya dərin ZƏRBƏLƏR PLANI

Bayden administrasiyası Böyük Britaniyanın Storm Shadow uzaqmənzilli raketlərinin Rusiya ərazisinə dərin zərbələr üçün istifadəsinə icazə verib.

Musavat.com xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, qərar Britaniyanın ABŞ-dan uzun müddət istədiyi razılıqdan sonra alınıb.

Baş nazir Kir Starmer və onun hökuməti "əməliyyat səbəbləri" ilə bağlı Storm Shadow ilə bağlı rəsmi açıqlama verməkdən çəkinir. Məqsəd, Rusiyaya döyüş meydanında strateji üstünlük qazandırmamaqdır.

Məlumata görə, raketlərin uğurlu istifadəsi üçün ABŞ-ın yönləndirmə sistemləri həyati əhəmiyyət daşıyır. Bu razılıq, Qərbin Rusiya ilə hərbi qarşıdurmasında yeni mərhələyə keçidi göstərə bilər.

20.11.2024 13:54
881