Tehrandakı Qərb diplomatları yeni prezident Məsud Pezeşkianın dövründə ölkələrinin İranla əlaqələrinin yaxşılaşacağına şübhə edirlər.
Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, Tehrandakı Qərb diplomatları hesab edirlər ki, İranda ali lider Ayətullah Əli Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusuna (İran Silahlı Qüvvələrinin elit bölmələri) bağlı olan siyasi sistem Pezeşkianın ölkədə genişmiqyaslı daxili islahatlar aparmasına imkan verməyəcək.
“Biz Pezeşkianın sözlərini böyük maraqla dinləyirik, lakin söz vaxtı keçib. Bizim hərəkətə ehtiyacımız var”, - deyə Qərb diplomatlarından biri nəşrə bildirib.
Musavat.com