"Qərb də, Rusiya da “Azərbaycan” deyir" - erməni müəllif Avropa mediasında elə şeylər yazdı ki...

Gürcüstan və Ukraynanı məyus edən NATO bizi səsləyir

Bugünlərdə Qərb mətbuatında gedən “Why Azerbaijan should join NATO” (Azərbaycan niyə NATO-ya üzv olmalıdır?) adlı məqaləsi barədə yazmışdım. Kanadanın “geopoliticalmonitor.com” saytında çıxış edən George Monastiriakos belə bir fikir irəli sürür ki, Rusiyanın Ukraynada apardığı müharibə fonunda Vaşinqton və Brüssel NATO-nu daha da gücləndirməyə çalışır. Finlandiya artıq NATO-ya qoşulub, İsveç isə qəbul ərəfəsindədir. Müəllif təkidlə bildirir ki, Azərbaycanın NATO-ya qoşulmasına ciddi ehtiyac var. Özü də təkcə Azərbaycanın yox. Orta Asiyadakı Türk Dövlətləri də NATO-nun üzvü olmalıdır. Avropa ilə Çin arasında Türk Dünyası təbii bir maneədir. Bu maneəni daha da gücləndirmək lazımdır. Yəni Türk Birliyinə dəstək vermək Qərbin strateji maraqlarına uyğundur: “Türkiyənin görə biləcəyi ən yaxşı iş Türk Orta Asiyasında NATO və Çin arasında bufer zona yaratmaqdır”. Sözünün canı o idi ki, dünyaya hökm etmək uğrunda ciddi mübarizə gedir. Türklər bu mübarizədə Qərbin yanında olsa Qərb, Çinin yanında olsa Çin qalib gələcək.

Alternativ hərbi-siyasi ittifaqa Türkiyə və mümkün müttəfiqlər  hazırdırmı?”- deputatın baxış bucağı

Müəllif birmənalı şəkildə yazmışdı ki, Qərbin əsas düşməni Rusiya və İrandır. Hər iki cəbhədə Azərbaycan Qərb üçün vazkeçilməz müttəfiq ola bilər: “Azərbaycanın NATO-ya üzvlüyü Alyansa anti-Qərb mövqeyində olan Rusiya və İranın arxa bağçasında lövbər salmağa imkan verəcək. Bu, Alyansa Xəzər dənizində dəniz donanmasını saxlamağa, gücünü Mərkəzi Asiyanın dərinliklərinə daşımağa və NATO-nu İranla 600 kilometrdən çox, Rusiya ilə isə 300 kilometr uzunluğunda olan sərhədə nəzarətlə təmin edə bilər”.

George Monastiriakos yazırdı ki, Azərbaycanın NATO-da olması Qərbin maraqlarından irəli gəlir və bu, tələbata çevrilib. Qərb isə, daha doğrusu Qərbin erməni lobbisinin donorluğu ilə maliyyələşən bəlli dairələri Qərbin maraqlarına arxa çevirərək, onu bir ovuc erməninin marağına sataraq anti-Azərbaycan mövqeyindən çıxış edir. Müəllif Fransanın Ermənistana silah satmağa hazırlıqla bağlı gördüyü işləri də tənqid etmişdi...

Lütfən, diqqət edin. Bütün bunları erməni məsələsinə görə Azərbaycana az qala Fransa kimi münasibət bəsləyən Kanada mətbuatı yazır. Niyə NATO üçün Azərbaycan bu qədər önəmli bir ölkəyə çevrilib? Bəlkə də biz fərqində deyilik. Azərbaycan son illərdə həm iqtisadi, həm də hərbi baxımdan ciddi şəkildə güclənib və bu inkişaf prosesi davam edir. Hətta mən deyərdim ki, getdikcə daha da sürətlənir...

SENSASİYA! “Azərbaycan niyə NATO-ya üzv olmalıdır?” -Türkiyə bufer zonası  yarada bilər

Azərbaycan-NATO münasibətləri bədnam qonşumuz tərəfindən də yaxından izlənir. Bu məqalədə Ermənistanın Azərbaycan-NATO münasibətinə diqqət edəcəyik, bu kontekstdə bəzi önəmli məqamları incələməyə çalışacağıq. Bu məqsədlə Ermənistanın beyin mərkəzlərindən biri kimi tanınan “evnreport.com” saytında gedən “Beyond an Entente Cordiale: Azerbaijan’s Strategic Partnership With NATO” (“Entente Cordiale” xüsusi bir ifadədir. Daha çox bir neçə ölkənin qeyri-rəsmi ittifaqı anlamını verir. Yəni belə bir ittifaqın arxasında qalan, görünməyən ancaq mövcud olan Azərbaycan-NATO strateji tərəfdaşlığı) adlı məqaləyə istinad edəcəyik. Müəllif Tigran Yegavian elə məqalənin başlığında bəyan edir ki, Azərbaycan-NATO tərəfdaşlığı strateji xarakter daşıyır və bu münasibətlərin görünməyən tərəfləri daha çoxdur: “Azərbaycan-NATO tərəfdaşlığı strateji əhəmiyyətə malikdir və bu barədə çox az məlumat var. Bu tərəfdaşlıq Bakıya Rusiyaya münasibətdə strateji mövqelərini gücləndirmək üçün bir vasitə rolunu oynayır. Bu da son nəticədə Ermənistanın zəifləməsinə gətirib çıxaracaq, xüsusən də Ermənistan Qərbdən gözləyə biləcəyi məhdud dəstəyklə razılaşmasa, bu, onun üçün daha pis olacaq”.

Açıq şəkildə müəllif deyir ki, Azərbaycan-NATO münasibətləri rəsmi Bakıya Rusiya qarşısında güclü mövqedən çıxış etməyə imkan verir. Eyni zamanda, Azərbaycan-NATO münasibətlərinin güclənməsi Ermənistanın zəifləməsinə gətirib çıxarır. Yəni bu məsələlər bir-birinə bağlıdır, biri digərinə təsir edir.

Erməni müəllifin təqdim etdiyim aşağıdakı fikri isə böyük həqiqətin etirafı baxımından çox önəmlidir: “Bakının enerji sərvətləri və regionda rus imperializminə qarşı pantürkizmin qızğın tərəfdarı kimi çıxış edən Böyük Britaniyaya tarixi yaxınlığı hamıya məlumdur”.

Gördüyünüz kimi, müəllif deyir ki, Böyük Britaniya Azərbaycanın yanındadır və Turan dövlətinin yaranmasının qızğın tərəfdarıdır. Böyük Britaniya Cənubi Qafqazdan Rusiyanın sıxışdırıb kənara atmaq üçün pantürkizmə dəstək verir.

Böyük Britaniya ilə əməkdaşlığa davam POLİTOLOQ ŞƏRH ETDİ

Birin qoyub o birinə keçirəm. Hal-hazırda İran yanlısı HƏMAS ilə İsrail arasında şiddətli döyüşlər gedir. Azərbaycanın strateji müttəfiqi olan İsrail də Turan dövlətinin qurulmasına ciddi maraq göstərir. Bu məsələyə başqa bir vaxt daha ətraflı toxunarıq. Yenidən Böyük Britaniya məsələsinə qayıdıram. Britaniya son 500 ildə dünyaya nizam verən ölkədir. O da sirr deyil ki, dünyada ABŞ başda olmaqla xeyli ingilis dövləti var. Azərbaycanın məhz belə bir dövlətlə ittifaqda olması son dərəcə önəmlidir. Hazırda vəziyyət belədir ki, Böyük Britaniya Azərbaycan üzərindən Cənubi Qafqazda öz maraqlarını həyata keçirir. Fransa isə eyni məqsədə Ermənistan üzərindən nail olmağa çalışır. Siyasətdən xəbərdar olanlar yaxşı bilir ki, Böyük Britaniya olan yerdə Fransanın atı işləməyəcək. O da şübhəsizdir ki, hal-hazırda Cənubi Qafqazda mövcud olan reallıqda Britaniya-Fransa rəqabətinin də barmaq izləri var.

Tigran Yegavian

Tigran Yegavian

Tigran Yegavianın məqaləsinin bu hissəsi isə Azərbaycan iqtidarını Rusiyaya işləməkdə günahlandıran yerli müxalifətin arqumentlərini darmadağın edir: “Gürcüstan və Ukrayna kimi digər postsovet dövlətləri fəal şəkildə NATO-ya üzv olmağa can atsalar da, Azərbaycanın yolu Qərbyönlü Müstəqil Dövlətlər Birliyi tərəfdaşlarından (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) uzaqlaşdı. Bakı heç vaxt NATO-ya üzv olmaq istəməyib, əvəzində rəqib bloklardan (NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəzərdə tutulur) “bərabər məsafə” saxlamaq siyasəti yürüdüb. Bu balanslaşdırma siyasəti Azərbaycanın manevr qabiliyyətini və çevikliyi qorumaq üçün nəzərdə tutulmuşdu. Bu da Azərbaycana Gürcüstan və Ukraynanın NATO-ya doğru hərəkət trayektoriyasına kəskin reaksiya verən Kremli qıcıqlandırmadan Rusiya və Qərb arasında artan qarşıdurmada manevr etməyə imkan verdi”.

Bəli, Rusiya NATO-ya can atan Gürcüstan, Ukrayna və Moldovanı bu və ya digər şəkildə cəzalandırıb. Çünki rəsmi Moskva bu canlatmanı öz mövcudluğuna təhlükə sayıb. Elə bu səbəbdən də ilyaramdan çoxdur ki, Ukraynada müharibə gedir.

Rusya: NATO güçlerinin Bulgaristan ve Romanya'dan çekilmesini istiyoruz

Bu məqama da diqqət etməkdə fayda var. Müəllif buyurur ki, Qərbyönlü Müstəqil Dövlətlər Birliyiində yer alan Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova Qərbyönlü ölkələrdir. Gördüyünüz kimi, Azərbaycanı da Qərbyönlü ölkə kimi təqdim edir. Təbii ki, bizim müxalifət erməninin də etiraf etdiyi həqiqətlə barışmayacaq. Çünki bununla barışmaq onları ideoloji baxımdan tərk-silah edərdi...
Azərbaycan iqtidarı müxalifətin təkidlə səsləndirdiyi anti-Rusiya isterikasına qoşulsaydı, NATO-ya üzv olmaq eşqinə düşsəydi hazırda ölkəmiz də Gürcüstan və ya Ukrayna kimi rus ayısının pəncəsi altında çapalayırdı. Bu, həm də Azərbaycanın iri şəhərlərinin tar-mar edilməsi və on minlərlə soydaşımızın qətlinə səbəb olacaqdı...

Azərbaycan erməni müəllifin də etiraf etdiyi kimi daha praqmatik yol tutdu və iki rəqib düşərgə arasında manevr etməklə öz dövlət maraqlarını həyata keçirdi. O da təsadüfi deyil ki, son zamanlarda Rusiya bir çox məsələlərdə rəsmi Bakının maraqlarından çıxış edir və bunu heç gizlətmir də. Bu amil də George Monastiriakosun təbirincə desək, bir ovuc erməniyə görə Qərbin maraqlarına arxa çevirən ağlıkəm siyasətçiləri Azərbaycana qarşı daha təmkinli mövqedən çıxış etməyə, öz iddialarına çəki-düzən verməyə məcbur qoyur.

Səbəb də çox sadədir: Həm Qərb, həm də Rusiya Azərbaycanı öz yanında görmək istəyir. Biz də tərəflərin bu istəyini nəzərə alaraq mövcud vəziyyətin verdiyi çərçivədə ölkəmizin bugünü və gələcəyi üçün gərəkən işləri görürük.

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Müəllif mövzu ilə bağlı konkret faktlara da müraciət edir: “Son illərdə Azərbaycan ilə NATO arasında qarşılıqlı səfərlər daha intensiv xarakter alıb. 2021-ci ilin dekabrında İlham Əliyev NATO-nun mənzil-qərargahında olub və Azərbaycanın “NATO ilə yüksək səviyyədə qarşılıqlı fəaliyyətindən” məmnunluğunu bildirib. “Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut etdi”, deyib. Baş katib Yens Stoltenberq isə buna cavab olaraq Azərbaycanı dəyərli tərəfdaş kimi xarakterizə edib. Bu yaxınlarda, 2023-cü ilin mayında Əliyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev Brüsseldə NATO rəsmiləri ilə görüşüb.

NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina 2021-ci ildən bəri Azərbaycana dörd dəfə səfər edib. Bu da əməkdaşlığın genişlənməsindən xəbər verir”...

Erməni müəllif məqaləsini belə bitirir: “NATO-nun yüksək rütbəli rəsmisinin sözlərinə görə, Azərbaycan NATO-nun əməkdaşlıq imkanlarından səmərəli istifadə edir və onun əməliyyat imkanları, zabit hazırlığı, planlaşdırma və minalardan təmizləməni əhatə edən proqramlarında ən fəal ölkələr sırasında yer alır. Azərbaycanın Türkiyə və NATO ilə hərbi əməkdaşlığı Moskvadan uzaqlaşmasına paralel olaraq inkişaf edir”.

Türkiyə NATO-dan yox, Rusiya ilə hərbi müqavilələrdən çıxmalıdır" -  Təhlükəsizliyə TƏHDİD » Cenub.az - Regional Qazet

Dolayısı ilə deyir ki, tendensiya ondan ibarətdir ki, Azərbaycan tədricən, məhz tədricən, yəni qapını çırpıb getmədən, Rusiyadan uzaqlaşır və müvafiq olaraq Türkiyə və NATO-ya doğru irəliləyir.

Yuxarıda vurğuladığım bir məqama dönürəm: Həm Qərb, həm də Rusiya Azərbaycanı öz yanında görmək istəyir. Deməli, adın unutduğum XVII əsr italyan psixoloqu yazıb ki, insanlar cəmiyyətdə öz mövqelərin itirdikdən sonra unudulurlar. Bu isə onları ciddi şəkildə sarsıdır. İnsan elə yaşamlıdır ki, digər insanların ona həmişə ehtiyacı olsun. Başqa insanların bu və ya digər dərəcədə sənə ehtiyacı yoxdursa, özündən küsməlisən. Səni itirib-axtaran olmayacaq. Bu fikir dövlətlər üçün də keçərlidir. Dünyanın güc mərkəzlərinin Azərbaycana ehtiyacı olamsa, bizimlə kimsə hesablaşmayacaqdı. Görürsünüzmü, Ermənistan qabağına hər çıxan ölkəyə Azərbaycandan şikayət edir. Ancaq bu şikayətlərə önəm verən də yoxdur...

Azərbaycan isə Qərbin maraqlarını konkret olaraq həyata keçirir. Məsələn, erməni müəllifin yazısında da qeyd olunduğu kimi, Azərbaycanın NATO-ya töhfəsi 2002-ci ildə 22 sülhməramlı ilə başlayıb və 2021-ci ilin yayına kimi onların sayı 120-yə çatıb. Azərbaycan bölmələri quru dəstəyi ilə yanaşı, müttəfiq qüvvələr üçün Əfqanıstana maddi-texniki təchizat, tranzit marşrutlarının təhlükəsizliyini təmin edib. Alyansın Əfqanıstana daşınan əsas hərbi yüklərin təxminən 40 faizi Azərbaycan üzərindən aparılıb.

Yadınızdadırsa, ABŞ Əfqanıstanı tərk edəndə Türkiyə və Azərbaycan əsgərləri birlikdə Kabil Hava Limanına nəzarət edirdi və bu xidməti mükəmməl şəkildə başa vurdular...

Dünyanın isə bizimlə hesablaşması üçün Azərbaycan güclü və etibarlı bir ölkəyə çevrilməli idi. Şükür ki, Azərbaycan olaraq biz bunu bacardıq...

Elbəyi HƏSƏNLİ, SÜRİX
https://evnreport.com/opinion/beyond-an-entente-cordiale-azerbaijans-strategic-partnership-with-nato/

23.10.2023 19:10
3332