Qərb BRİKS-in Kazanda keçirilən sammitinə görə ölkələrə təzyiq edir
Qərbin müdaxiləsinə baxmayaraq, BRİKS sammitində ölkələrin geniş şəkildə iştirakı gözlənilir.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.
Rusiya Federasiyası Prezidentinin köməkçisi əmindir ki, Qərbdən dövlətə təzyiqlər yenə davam edəcək, çünki dünyanın bütün ölkələri Kazan sammitinin uğurlu keçməsində maraqlı deyillər.
BRİKS-in Kazanda keçiriləcək sammitində 32 ölkənin nümayəndəsi iştirak edəcək, onlardan 24-nü dövlət rəhbərləri təmsil edəcək.
Uşakiv qeyd edib ki, BRİKS-ə üzv olan 9 dövlət “ən yüksək səviyyədə” təmsil olunacaq və Səudiyyə Ərəbistandan xarici işlər naziri qatılacaq.
Sammitdə BMT-nin baş katibi Antonio Quterreş, ŞƏT-in baş katibi Çjan Minq və Yeni İnkişaf Bankının prezidenti Dilma Rusef iştirak edəcəklər.
Afaq,
Musavat.com