ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi Qərb banklarında Rusiyaya qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, bu barədə Financial Times öz mənbələrinə istinadən məlumat yayıb.
Portfel menecerlərindən biri nəşrə deyib: "Bu səhər bütün söhbətlər Rusiya ilə ticarətin necə aparılacağı və sanksiyaların ləğv edilib-edilməyəcəyi barədədir. Qərb banklarında treyderlər birdən-birə təəccüblənirlər ki, onlar indi rublla ticarət edə bilərlərmi".
Musavat.com